Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliya ölkəyə gələnlər üçün 14 günlük izolyasiya tələbini tətbiq edir

Avstraliya ölkəyə gələnlər üçün 14 günlük izolyasiya tələbini tətbiq edir

Tarix: 15 Mart 2020 16:00

Bakı. Trend:

Avstraliya hakimiyyəti ölkəni koronavirusun yayılmasından qorumaq üçün yeni tədbirlər tətbiq edib.

Trend-in məlumatına görə, baş nazir Skott Morrisonun dediyinə görə, sabahdan etibarən ölkə ərazisinə girən hər kəs 14 gün təcrid olunması üçün tədbirlər görməlidir.

S.Morrison vurğulayıb ki, xaricdən Avstraliyaya gələn bütün insanlardan 14 gün ərzində özünü təcrid etmək üçün tədbirlər görmələri tələb olunur.

O qeyd edib ki, hökumətin qərarı virusun bir çox ölkədə geniş yayılması və həmin ölkələrə baş çəkən insanların Avstraliyada infeksiya mənbəyi ola bilməsi ilə diktə edildi.

Əlavə məhdudiyyətlər martın 16-sı saat 00:00-dan tətbiq olunur. Baş nazirin sözlərinə görə, yaxın 30 gün ərzində bütün dövlət dəniz limanları xarici sərnişin laynerləri üçün bağlanacaq.


Etiketlər:  Avstraliya ölkəyə gələnlər üçün günlük izolyasiya tələbini tətbiq edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ