Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bina tikintisi fəaliyyəti ilə məşğul olanların vergi öhdəliyi

Bina tikintisi fəaliyyəti ilə məşğul olanların vergi öhdəliyi

Tarix: 15 Mart 2020 19:16

2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi ƏDV-dən azaddır.

Sonxeber.net bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.

Həmçinin Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ ləğv edilib. Buna görə də həmin şəxslər 2020-ci il yanvarın 1-dən vergi öhdəliklərini ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirirlər.


Etiketlər:  Bina tikintisi fəaliyyəti ilə məşğul olanların vergi öhdəliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ