Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 12:08
"Qəbələ"nin kapitanı Cavid Hüseynov komandadan ayrıldığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Təcrübəli yarımmüdafiəçi Qol.az-a açıqlamasında haqqında çıxan məlumatları təkzib edib. Hətta o, əyalət təmsilçisində qala biləcəyini də istisna etməyib:
"Boş-boş xəbərlərdir. Haradan çıxdığını bilmirəm. Hələ heç nə bilinmir. "Qəbələ"də qala da bilərəm. Hər şey klubun strategiyasından asılı olacaq".
Qeyd edək ki, "Qəbələ" ilə müqaviləsi başa çatan Cavidin "Sabah" və ya "Zirə"yə keçəcəyi bildirilir.