Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşada məktəbdə ATIŞMA - İki yaralı

Polşada məktəbdə ATIŞMA - İki yaralı

Tarix: 27 May 2019 15:08

Bakı. Trend:

Polşanın Brest-Kuyavsk şəhərindəki məktəblərin birində atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Qeyd olunur ki, məktəbin 18 yaşlı keçmiş şagirdi tapança ilə məktəbə daxil olaraq atəş açmağa başlayıb. Bundan başqa, o, iki petarda da partladıb.

Həmin şəxs polis tərəfindən saxlanılıb. Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Polşada məktəbdə ATIŞMA İki yaralı


RƏYLƏR