Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail və Fələstin bir araya gəldi - Koronavirus səbəbi ilə

İsrail və Fələstin bir araya gəldi - Koronavirus səbəbi ilə

Tarix: 19 Mart 2020 22:06

İsrail və Fələstin koronavirus sayəsində bir araya gəlib.

Bu barədə "The Jerusalem Post" xəbər yayıb.

Bildirilir ki, koronavirusla mübarizə üçün ortaq əməliyyat qərargahının yaradılması barədə razılığa gəlinib. Razılaşmanın təfərrüatları hələ açıqlanmayıb.

"Ortaq sərhədlərimiz şübhəyə yer qoymur: virusun yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görməli və ən ali səviyyədə birlikdə çalışmalıyıq", - deyə Fələstin tərəfinin nümayəndəsi qəzetə açıqlama verib.

Adı açıqlanmayan səlahiyyətli İsrailin Fələstin Səhiyyə Nazirliyinə artıq 200 koronavirus testi göndərdiyini təsdiqləyib. Bundan əvvəl potensial yoluxmuş ərəblər İsrail xəstəxanalarına göndərilib.

Operativ qərargahın yaradılması barədə məlumat İsrail Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən də təsdiqlənib.

Milli.Az


Etiketlər:  İsrail Fələstin araya gəldi Koronavirus səbəbi ilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ