Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST koronavirus təhlükəsilə bağlı spirtli içkidən və siqaretdən imtinanı tövsiyə edib

ÜST koronavirus təhlükəsilə bağlı spirtli içkidən və siqaretdən imtinanı tövsiyə edib

Tarix: 21 Mart 2020 09:36

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ÜST rəhbəri daha çox idmanla məşğul olmağı məsləhət görüb: "İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız ciddi xəstəliyin inkişaf riskini artıra bilərsiniz".

Baş direktor əlavə edib ki, fiziki fəaliyyətə gündə ən azı 30 dəqiqə vaxt ayırmaq lazımdır:

"Evdən işləsəniz, uzun müddət eyni vəziyyətdə oturmamağa diqqət edin. Qalxın və hər 30 dəqiqədə 3 dəqiqəlik fasilə verin".


Etiketlər:  ÜST koronavirus təhlükəsilə bağlı spirtli içkidən siqaretdən imtinanı tövsiyə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ