Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 15:48
Braziliyanın “Korintians” klubunun ev oyunlarını keçirdiyi “Pakaembu” stadionu koronavirus pandemiyasına yoluxan xəstələri müalicə etmək üçün açıq hava xəstəxanasına çevriləcək.
Qol.az xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.
Stadion ərazisində 200-dən çox çarpayının yerləşdiriləcəyi və işlərin 10 gün müddətində yekunlaşacağı bildirilib.
“Pakaembu” Braziliyada koronavirusun ən çox yayıldığı San-Paulo şəhərində yerləşir və tutumu 42 mindir.