Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib (FOTO)

Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib (FOTO)

Tarix: 25 Mart 2020 16:27

Bakı. Trend:

Mingəçevir şəhər İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verilib, eləcə də karantin rejiminin elan edilməsi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.

Bu müddət ərzində evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Onlarla maarifləndirici söhbətlər aparıldıqdan sonra xəbərdarlıq edilib və yaşadıqları ünvanlara göndəriliblər.

Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib (FOTO) - Gallery Image Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib (FOTO) - Gallery Image


Etiketlər:  Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ