Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Operativ iclas keçirildi, işlərində nöqsanlar buraxılmış vəzifəli şəxslər cəzalandırıldı

Operativ iclas keçirildi, işlərində nöqsanlar buraxılmış vəzifəli şəxslər cəzalandırıldı

Tarix: 25 Mart 2020 19:44

24 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən Sonxeber.net-a verilən məlumata görə, müşavirə zamanı qeyd edilmişdir ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir. Bildirilmişdir ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılmış və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunub.

Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilmiş, Ələt qəsəbə nümayəndəsi Eldar İbrahimov tutduğu vəzifədən azad edilib.

Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunmuş, mövcud olan nöqsan və çatışmazlıqlar təhlil edilmişdir. Daha sonra mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmiş və ciddi şəkildə bildirilmişdir ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar.


Etiketlər:  Operativ iclas keçirildi işlərində nöqsanlar buraxılmış vəzifəli şəxslər cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ