Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dövlətimizin yanında olmalı, çölə çıxmamalı və izolyasiya qaydalarına əməl etməliyik''

''Dövlətimizin yanında olmalı, çölə çıxmamalı və izolyasiya qaydalarına əməl etməliyik''

Tarix: 27 Mart 2020 12:24

Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə ölkəmizdə koronavirusla mübarizə istiqamətində mühüm sərəncamlar, qərarlar və tapşırıqlar verilir. Atılan addımların, görülən işlərin əsas məqsədi virusun yayılmasının qarşısının alınması, vətəndaşlarımızın sağlamlığının qorunmasıdır.

Sonxeber.net xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, sərhədlərin bağlanması, kütləvi tədbirlərin qadağan edilməsi, ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması, karantin rejiminin tətbiq edilməsi, tibb işçilərinin əməyinin qiymətləndirilməsi, Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunun yaradılması ölkəmizin bu virusla mübarizədə necə sistemli siyasət yürütdüyünü göstərir.

Ekspert söyləyib ki, atılan addımların daha da effektiv olması üçün vətəndaşlarımız da öz üzərinə düşən məsuliyyəti dərk etməli, bu işdə dövlətə yardım etməlidirlər: "Bəzən insanlarımız real təhlükənin olduğunu başa düşmürlər. Lakin onlar anlamalıdır ki, məsuliyyətsiz yanaşma acınacaqlı nəticələrə gətirib çıxara bilər. Hər birimiz dərk etməliyik ki, dövlət nə qədər iş görsə də, biz bu işə dəstək olmasaq, həyata keçirilən tədbirlərə anlayışlı münasibət sərgiləməsək, qaydalara istisnasız əməl etməsək, mühüm vəzifənin öhdəsindən gələ bilmərik. Ona görə də hər zaman olduğu kimi dövlətimizin yanında olmalı, çölə çıxmamalı və izolyasiya qaydalarına əməl etməliyik".

B.Quliyev qeyd edib ki, hər bir insan fərdi şəkildə bu qaydalara əməl edərək özünü qorumaqla dövləti və ictimaiyyəti də qorumuş olur: "Əgər cəmiyyətimizdə hər bir şəxs bu təhlükənin qarşısının alınmasında özünün gördüyü işlərin real səmərə verəcəyinə əmin olarsa, o zaman cəmiyyətimiz uğurlu nəticələr əldə edəcək".


Etiketlər:  Dövlətimizin yanında olmalı çölə çıxmamalı izolyasiya qaydalarına əməl etməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ