Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı sakini 5 kiloqram marixuana ilə saxlanıldı

Bakı sakini 5 kiloqram marixuana ilə saxlanıldı

Tarix: 27 Mart 2020 15:03

Bakı. Trend:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 5 kiloqramdan artıq marixuana götürülüb.


Etiketlər:  Bakı sakini 5 kiloqram marixuana ilə saxlanıldı


RƏYLƏR