Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb (VİDEO)

Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb (VİDEO)

Tarix: 27 Mart 2020 22:57

Bakı. Trend:

Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün evlərində ehtiyac duyduqları sosial məişət xidmətləri ilə təmin olunurlar. Bunun üçün istənilən vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçilərinin və könüllülərin dəstəyindən faydalana bilirlər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Trend-ə verilən məlumata görə, onlara istəkləri öyrənilməklə, ev işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. zəruri kömək göstərilir.

Hazırda tənha yaşayan 10 mindən çox yaşlı vətəndaş sosial məişət xidmətləri ilə əhatə olunub.

Bu mövzuda Nazirliyin hazırladığı “Böyüklərimizə qayğı ilə!” adlıvideoçarxı təqdim edirik:


Etiketlər:  Nazirlik Böyüklərimizə qayğı ilə adlı videoçarx hazırlayıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ