Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus geyim və maskanın üzərində nə qədər qala bilər?

Koronavirus geyim və maskanın üzərində nə qədər qala bilər?

Tarix: 30 Mart 2020 12:24

Honkonq Universitetinin alimləri koronavirusun dörd dərəcə temperaturda uzun müddət aktiv qala bildiyini müəyyən ediblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.

Alimlər həmçinin, koronavirusun geyimlərin üzərində iki günə qədər qaldığını üzə çıxarıblar.

Araşdırmalar göstərib ki, dörd dəcəcə temperaturda uzun müddət stabil qalan koronavirus dezinfeksiya işləri aparılmadığı halda, yalnız 14 gün sonra zəifləməyə başlayır. Həmçinin, elmi adı "SARS-CoV-2" olan yeni tip koronavirusun yüksək temperatura davamsız olduğu, 70 dərəcə temperaturda beş dəqiqə ərzində təsirini itirdiyi qeyd olunub.

Hansı səthlərdə nə qədər qala bilər?

Alimlər qeyd edirlər ki, virus kağız üzərində ən çoxu üç saat, geyimlər və emal olunmuş taxta üzərində iki günə qədər, şüşə səthdə dörd günə qədər, plastik səthlərdə isə bir həftəyə qədər qala bilir.

Alimlər həmçinin, koronavirusun tibbi maskaların xarici səthində yeddi günə qədər qala biləcəyini açıqlayıblar. Mütəxəssislər maskaların tez-tez dezinfeksiya edilməsinin vacibliyini bildiriblər.


Etiketlər:  Koronavirus geyim maskanın üzərində qədər qala bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ