Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 21:46
Yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə göndərilən SMS-lər görə ödənişsiz olacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Televiziyasında (AzTV) "Hədəf" verilişinin qonağı olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, SMS-lərə cavablar gecikdiyi təqdirdə çaşqınlıq yaratmaq lazım deyil. Vətəndaşlar səbrlə müraciətlərinə cavab gözləməlidirlər.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, əhaliyə dəstək məqsədilə SMS-lər üçün operatorlara ödənilməsi nəzərdə tutulan vəsait dövlət hesabına ödənəcək.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərar alınıb.