Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 01:00
Bakı. Trend:
Ermənistanda yeni növ koronavirusdan (COVİD-19) daha bir nəfər ölüb, son sutka ərzində 3 ölüm halı qeydə alınıb.
Trend-in "Krasnaya vesna"ya istinadən verdiyi məlumata görə, bu barədə öz "Facebook" səhifəsində ölkənin səhiyyə nazirinin müavini Alina Nikoqosyan deyib.
Onun sözlərinə görə, koronavirusdan dünyasını dəyişən 72 yaşlı qadın olub.
Bildirilir ki, Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 7 nəfər çatıb.
XXX
23:16
Ermənistanda yeni növ koronavirusdan (COVİD-19) daha bir nəfər ölüb.
Trend-in "Krasnaya vesna"ya istinadən verdiyi məlumata görə, bu barədə öz "Facebook" səhifəsində ölkənin səhiyyə nazirinin müavini Alina Nikoqosyan deyib.
Onun sözlərinə görə, koronavirusdan dünyasını dəyişən 78 yaşlı qadın olub.
Bildirilir ki, Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 6 nəfər çatıb, yoluxan şəxslərdən 5-nin vəziyyəti ağırdır.