Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 20:36
COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 koronavirusu insan orqanizmində təkcə ağciyərlərdə çoxalmır, yuxarı tənəffüs yolları və bağırsaqlar da infeksiya mənbəyidir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, alman və ingilis elm adamları uzun araşdırmalardan sonra belə qənaətə gəliblər.
Mütəxəssislər COVID-19-la bağlı doqquz hadisənin ətraflı təhlilini aparıblar.
Xəstəliyin simptomları aşkar edildiyi ilk həftə ərzində hər bir xəstənin badamcığından olan nümunələrdə virusun miqdarı yüksək olub.
Bundan əlavə, COVID-19-a yoluxan xəstənin həm yuxarı tənəffüs yollarında, həm də ağciyərlərində SARS-CoV-2-nin fərqli ştammları aşkar edilib ki, bu da onların müstəqil inkişaf etdiklərini göstərir.