Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 20:33
Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri “Biz birlikdə güclüyük!”, “Evdə qal”, “Sağlam qal” aksiyasına dəstək olaraq videoçarx hazırlayıblar.
Trend-in məlumatına görə, tələbələr UNEC ailəsi adından Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın “Biz birlikdə güclüyük!” çağırışına qoşulublar. UNEC tələbələri videoçarxda “Biz birlikdə güclüyük!”, “Evdə qal”, “Sağlam qal” çağırışlarını səsləndirərək insanları sosial həmrəyliyə çağırıblar.
UNEC tələbələrinin hazırladığı videoçarxını təqdim edirik: