Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tvitter Braziliya prezidentinin statusunu silib

Tvitter Braziliya prezidentinin statusunu silib

Tarix: 5 Aprel 2020 23:16

Tvitter sosial şəbəkəsi Braziliya prezidenti Jair Bolsonarunun "COVİD19" pandemiyası haqqında yazdığı statusu silib.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət nümayəndələri bu statusun Ümumdünya Səhiyyə Təşkilatının rəsmi paylaşımına zidd olduğunu bildiriblər.

Braziliya lideri Jair Bolsonaru sözügedən şəbəkədə iki tvit paylaşaraq hidroksiklorokini koronavirus üçün müalicə vasitəsi kimi reklam edib və insanları sosial məsafədən imtina etməyə çağırıb. Bu dərman vasitəsinin koronavirusa müsbət təsir etməsi həkimlər tərəfindən sübut olunmadığına görə, paylaşım silinib. Prezidentin eyni statusu Feysbuk və İnstaqramdan da silinib.

Qeyd edək ki, Braziliya lideri ilə yanaşı, Venesuella prezidenti və Nyu-Yorkun keçmiş merinin də oxşar paylaşımları sosial şəbəkələrdən silinib.

Milli.Az


Etiketlər:  Tvitter Braziliya prezidentinin statusunu silib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ