Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı mübarizədə immun sistemini necə gücləndirək?

Koronavirusa qarşı mübarizədə immun sistemini necə gücləndirək?

Tarix: 6 Aprel 2020 09:18

Orqanizm qısa müddətdə öz immun funksiyasını necə bərpa edə bilər?

Koronavirus COVİD-19 infeksiyasının dünya ölkələrində geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi şəraitdə Azərbaycan dövləti vətəndaşların sağlamlığını qorumaq, onların təhlükəsiz və sağlam həyatını təmin etmək üçün bütün mümkün addımları atır. Koronavirus olduqca ciddi bir təhlükədir. ABŞ, İtaliya, İspaniya kimi innkişaf etmiş ölkələrdə pandemiyanın çox faciəvi nəticələrə gətirib çıxarması da bunu bir daha sübuta yetirir. Bu gün hər birimizdən tələb olunur ki, bu ölkələrin vətəndaşları tərəfindən buraxılan səhvləri təkrarlamayaq, virusun yayılmasının qarşısının alınması istiqamətində qəbul edilən bütün qərarlara ciddi riayət edək. Karantinin dövründə evdə qalmaq koronavirusun yayılmasının qarşısının alınması üçün olduqca önəmlidir. Mütəxəssislər hesab edir ki, virus infeksiyaları immun sistemi zəif olan insanlara daha tez təsir edir və virusların fəsadlaşması da məhz onlarda qeydə alınır. Bəs immun sisteminin gücləndirilməsi üçün nə etməliyik?

Sonxeber.net xəbər verir ki, Trend-in sualını Mərkəzi Gömrük Hospitalının dietoloqu, Türkiyənin Hacettepe Universitetinin "Qidalanma və Pəhriz" fakültəsinin məzunu Məlahət Kərimova cavablandırıb.

- Düzgün qidalanma immun sisteminin gücləndirilməsinin və sağlamlığın ən əsas şərtlərindən biridir. Orqanizm qısa müddətdə öz immun funksiyasını normal vəziyyətə qaytara bilir. Sağlam qidalanmaq üçün rasionumuza karbonhidrat, zülal, yağ, mineral və vitaminlərin düzgün qəbul edilməsi vacibdir. İlk öncə gün ərzində su düzgün içilməlidir.

Səhər yuxudan duranda və yemək qəbulundən 30 dəqiqə əvvəl 1 və ya 2 stəkan su içilməlidir. Suyun içilməsinin miqdarını aşağıda qeyd etdiyim hesablamaya görə təyin etmək mümkündür: Qadınlarda- çəki (kq) X 0.30, kişilərdə çəki (kq) X 0,33. Məsələn, qadın 60 kq-dırsa çəki 0.30-a vurulur və onun üçüb gün ərzində 1, 8 litr su içməyi müəyyən olunur. Çayı daha çox limon, nanə, kəklikotu, darçın, mixək ilə, itburnu çayı və yaşıl çay içmək məsləhətdir. Azərbaycan mətbəxində xüsusi yer tutan və C vitamini ilə zəngin olan zoğal, malina, qarağat, böyürtkən, albalı mürəbbəsi çay içmək məsləhətdir. Səhər yeməyinə kalsium və zülal ilə zəngin olan yumurta, süd, südlü sıyıq, pendir, bal, kəsmik, şor və kərə yağının daxil edilməlidir. Yeməklər arası rasiona meyvə, meyvə salatı, meyvə püresi, müxtəlif meyvə şirəsi, kisel, quru meyvə və çərəzlər daxil edilməlidir.

Günorta yemək menyusuna tərəvəzli şorbalar, borş, zülal ilə zəngin olan lobya, mərcimək şorbaları ilə qidalanmağı tövsiyə edirəm. Mədə bağırsaq problemi yoxdursa bir diş sarımsaq da əlavə etmək olar. Tərkibində yaşıl, qırmızı bibər, kahı, pomidor, keşniş, şüyüd, göy söğan, qırmızı soğan, yaşıl sarımsaq olan tərəvəz salatlarına limon suyu və zeytun yağı əlavə edilməlidir. Qırmızı ət, toyuq,balıq mhsullarından hazırlanmış hər cür yeməkləri bu siyahıya daxil etmək olar.

Müxtəlif qarnirlərdən istifadə edilməsi mütləqdir.Lakin karantin müddətində fiziki hərəkətlərin az olmasını nızırı alaraq 8 xörək qaşığı qarnir istifadə edilməlidir. Ən çox sevilən kartof yeməklərində kartofun miqdarına nəzarət etmək lazımdır. Qızaerta kartof üçün 3 ədəd, püre üçün 2 ədəd, boşbaş çeşidli yeməklər üçün isə 1 kartofdan istifadə edilməlidir. Axşam yeməyi yüngül olmalıdır. Axşam yeməyinə tərəvəzli yeməklır, balıq və ya toyuq ətindən hazırlanmış qidalar və ayran daxil edilməsi məsləhətdir.

Qeyd edim ki, xəmir yeməkləri immun sistemini artırmır. Karantin müddətində xəmir yeməklərindən, şirniyyatdan çox istifadə edilməsi məsləhət deyil. Kəpək unundundan bişirilmiş çörəkdən gün ərzində 4-5 dilim istifadə edilə bilər. Əgər mədədə problem varsa, o zaman buğda çörəyindən suxari olaraq istifadə edilməlidir.


Etiketlər:  Koronavirusa qarşı mübarizədə immun sistemini necə gücləndirək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ