Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 21:09
Tibb elmləri doktoru, professor İqor Qundarov "Vecernyaya Moskva" verilişində yaxın gələcəkdə koronavirus qədər və hətta daha təhlükəli virus infeksiyaları ilə üz-zə qala biləcəyimizi bildirib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, epidemioloqun fikrincə hazırkı pandemiya aşılandan sonra daha təhlükəli və çətin virus üzə çıxacaq.
"Necə ki, qrip ştammından sonra koronavirus infeksiyası oldu, növbəti xəstəlik bundan da aqressiv olacaq.
İnsanlar son 15 ildə peyvəndlər vasitəsilə A və B qrip ştammlarını itirib.
Səhiyyə çox irəli getdi, nəticədə qrip artıq təhlükəsiz həddən düşdü. Amma bunun əvəzinə yeni koronavirus ştammı yarandı. Sanki biz çəkməmizlə bir virusu əzdik, onun yerində daha pisini yaratdıq".