Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək (VİDEO)

Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək (VİDEO)

Tarix: 6 Aprel 2020 21:57

Bakı. Trend

Aprelin 6-da Heydər Əliyev Mərkəzinin binası üzərində Almaniya Federativ Respublikasının bayrağı videoproyeksiya olunub.

Bu barədə Trend Mərkəzə istinadən xəbər verir.

Qeyd edək ki, "COVID-19" pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur.

Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.


Etiketlər:  Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ