Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səbail rayonunda dezinfeksiya tədbirləri davam edir - FOTO

Səbail rayonunda dezinfeksiya tədbirləri davam edir - FOTO

Tarix: 7 Aprel 2020 17:56

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq şəhərin mərkəzi hissələrində o cümlədən, İstiqlaliyyət küçəsi boyunca Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilib.

İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, Səbail RİH başçısı Vüqar Zeynalov dezinfeksiya işlərinin gedişi ilə yerində tanış olub.

Şəhərin mərkəzi küçələrində və burada yerləşən yaşayış binalarında, parklarda, yeraltı keçidlərdə, dayanacaqlarda intensiv şəkildə dezinfeksiya işləri aparılıb.

Parklarda quraşdırılmış oturacaqlar, işıq dirəkləri, tullantılar üçün nəzərdə tutulmuş qutular və burada əkilmiş gül kolları, müxtəlif növ ağaclar xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub.

Milli.Az


Etiketlər:  Səbail rayonunda dezinfeksiya tədbirləri davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ