Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 20:40
Ucuzlaşacaq telefonlar əsasən 4G şəbəkəsini dəstəkləyən smartfonlardır.
"Yaxın zamanda 4G şəbəkəsini dəstəkləyən smartfonların qiyməti ucuzlaşacaq".
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu Xiaomi şirkətinin sənaye innovasiya departamenti üzrə əməkdaşı Pan Tsyutan deyib.
Xatırladaq ki, nəhəng texnologiya şirkətlərindən biri Apple şirkətindən də 4G smartfonlarına olan tələbatın aşağı düşməsinə görə, onların qiymətini ucuzlaşdırılacağı qeyd edilib. Misal olaraq, iPhone 11 Pro Max 255 dollara düşüb.
Pan Tsyutan bildirib ki, koronavirus pandemiyasının yayılması və Apple şirkətinə məxsus smartfonlarının aşağı düşməsi Çin bazarına da təsir edəcək: "Çin smartfon bazarında da 4G şəbəkəsini dəstəkləyən smartfonlar ucuzlaşacaq".
Ekspert onu da əlavə edib ki, hazırkı tendensiya 5G şəbəkəsini dəstəkləyən smartfonların populyarlaşmasına gətirib çıxaracaq: "Bundan başqa, Çində 5G şəbəkəsinin inkişafı bu il daha da sürətlənəcək".