Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 19:50
Aktyor Allahverdi Yolçuyev maddi sıxıntılarından danışıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Bizimləsən" verilişinə zəng edən zaman deyib. Allahverdi işləmədiyini bildirib:
"2019-2020-ci illər mənə düşmür. Utanıram imkansızlıqdan danışmaqdan. Dost-tanış kömək edir. Evdə ancaq qızlardır. Kürəkənim Mübariz kömək edir. Dərmanları da çatdırmıram. Evdə tək, hamıdan ayrı qalmışam. Yaşlı adamam, xəstələnərəm nəvələrimə keçər".
Aparıcı Zaur Baxşəliyev isə "Allahverdi Yolçuyevin maddi durumu çox aşağıdır. Onun necə yaşadığını bilirəm. Bəzən özüm şok oluram ki, insan necə dözür, bu şəraitə tab gətirir" sözlərini əlavə edib.