Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 23:16
Tesla koronavirus pandemiyasından sonra bir sıra müəssisələrini bağlayaraq əməkdaşlarını evə göndərib. Hazırda isə həmin işçilərinin əməkhaqlarında azalma olacağı ilə bağlı məlumat yayılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin əməkdaşlarına göndərdiyi elektron poçt mesajında məlumat verilib.
Bildirilib ki, rəhbər şəxslərin əməkhaqlarında 20 və 30 faiz, sıravi işçilərin maaşlarından isə 10 faiz həcmində azalma olacaq.
Qeyd olunub ki, istehsala mayın 4-də başlanacaq, o vaxta qədər isə müflis olmamaq üçün müəyyən addımlar atmaq zəruridir. Azalmanın əsas səbəbi kimi də elə bu göstərilib.