Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 11:08
Bakı. Trend:
Çin hökuməti koronavirusa qarşı növbəti vaksinin klinik sınaqlarının keçirilməsinə icazə verib.
Trend-in məlumatına görə, "Wuhan Institute of Biological Products" şirkətinin hazırladığı vaksin, Çində ikinci, dünyada üçüncü sınaqdan keçirilən vaksin olacaq.
Kliniki sınaqlar təsadüfi formada həyata keçiriləcək. Sınaqların məqsədi 6 yaşdan yuxarı şəxslərin immun dayanıqlılığının müəyyən edilməsidir.
Qeyd edək ki, martın 17-də Çində birinci koronavirus vaksinin kliniki sınaqlarına icazə verilmişdi.
Martın 16-da isə ABŞ-ın Vaşinqton ştatında eksperimental vaksinin insanlar üzərində sınaqları başlayıb.