Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 11:03
Azərbaycanın iqtisadi gücü, xalq-iqtidar birliyi və möhkəm həmrəylik qlobal bəlanın ölkəmizə zərərlərini minimumlaşdırdı. Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı müraciətlər də təsdiq edir ki, vətəndaşlar görülən işləri yüksək qiymətləndirirlər.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatl Elşad Mirbəşir oğlu deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair müşavirədə etdiyi çıxış proqram xarakteri daşımaqla ölkə həyatının bütün sahələrini əhatə edirdi.
Deputat qeyd edib ki, Prezident ölkənin əsas gündəm maddəsi olan koronavirus pandemiyası barədə olduqca dəqiq təsbitlər etməklə, insanlarımızda mövcud vəziyyətə dair aydın təsəvvür formalaşdırdı:
"Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirusla mübarizə çərçivəsində həyata keçirilən çoxistiqamətli tədbirlər bir daha onu təsdiq etdi ki, insanlarımızın təhlükəsizliyi ölkə rəhbərliyi üçün hər şeyin fövqündə dayanır. Məhz bu təhlükəsizliyi təmin etmək, insanlarımızı qorumaq məqsədilə dövlətin bütün resursları səfərbər olundu və çox qısa müddət ərzində uğurlu nəticələr əldə edildi. Gündəlik yoluxma faktlarının dinamikası da göstərir ki, ölkəmizdə ümumi vəziyyət ümidvericidir. Əlbəttə ki, Azərbaycan xalqı bütün bunları görür və rəğbətlə qarşılayır. Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı müraciətlər də təsdiq edir ki, vətəndaşlar görülən işləri yüksək qiymətləndirirlər. Bir cümlə ilə ifadə etsək, pandemiya ilə mübarizə Azərbaycan dövlətinin gücünü və qadir olduğu imkanları göstərdi. Bir daha öz təsdiqini tapdı ki, uğurlu inkişaf üçün iqtisadiyyat davamlı olmalıdır".
Azərbaycanda xəstəliklə mübarizə istiqamətində bütün addımların düşünülmüş şəkildə atıldığını deyən deputat bildirib ki, ölkəmizdə indiyədək görülən tədbirlər düzgün müəyyən edilib:
"Məhz belə düzgün seçilmiş addımların nəticəsində ölkəmizdə vəziyyəti nəzarətdə saxlamaq mümkün oldu".
E.Mirbəşir oğlu koronavirusla bağlı addımların bundan sonra da vəziyyətə uyğun atılacağını söyləyib.