Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rabitəbank''dan kompensasiya alacaq olan müştərilərə xəbər var!

''Rabitəbank''dan kompensasiya alacaq olan müştərilərə xəbər var!

Tarix: 22 Aprel 2019 11:57

Bakı. Trend:

"Rabitəbank" ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, kompensasiyaya dair sms-lərin göndərilməsinə hazırlaşır.

Yaxın günlərdə Rabitəbank tərəfindən, kompensassiya alacaq olan müştərilərə SMS göndəriləcəkdir. SMS-də müştərinin yaxınlaşmalı olduğu filial, tarix və zəruri sənədlərin siyahısı yer alacaq. SMS-lərdə filiallara uyğun olaraq fərqli vaxtların təyin olunması kompensassiya alacaq olan müştərinin sırada uzun növbələrdə gözləməsinin qarşısını alaraq, xidmət keyfiyyətinin artırılması səbəbindəndir.

Həmçinin qeyd edək ki, müştərilər xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portaldan (https://pk.fimsa.az/az/kompensasiya) əldə edə bilərlər.

Ölkənin ilk müstəqil banklarından olan "Rabitəbank", 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rabitəbankdan kompensasiya alacaq olan müştərilərə xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ