Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 14:27
Bakı. Samir Əli - Trend:
Qusar rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
Trend-in məlumatına görə, hadisə rayonun Həsənqala kəndində baş verib.
Kənd sakini, 1988-ci il təvəllüdlü Babaəli Mustafayev özünə məxsus "Naz Lifan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Hadisə nəticədə avtomobildə olan sərnişin Həsənqala kənd sakini, 1988-ci il təvəllüdlü Təlatın Musayev hadisə yerində ölüb.
Faktla bağlı Qusar rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.