Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şabranda 32 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı

Şabranda 32 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı

Tarix: 21 Aprel 2020 10:09

Bakı. Samir Əli - Trend:

Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Elnur Bağırov şəxsi münasibətlər zəminində həmkəndlisi Hüseyn Eyyubovla mübahisə edib. Mübahisə dava ilə nəticələnib və H.Eyyubov E.Bağırovu bıçaqlayıb. Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  Şabranda yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ