Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib

Tarix: 22 Aprel 2020 16:21

Aprelin 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib.

Sonxeber.net xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, Komitənin sədri Səməd Seyidov bildirib ki, gündəliyə "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə və "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında" Protokolun təsdiq edilməsi barədə qanun layihələri daxildir.

Bildirilib ki, Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında dəniz nəqliyyatı sahəsində təhsil və təlimin, dənizçilərə verilən ixtisas şəhadətnamələrinin qarşılıqlı tanınmasıdır. İkinci məsələ isə MDB iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsinin təkmilləşdirilməsi məsələlərini əhatə edir.
Onlayn iclasda çıxış edən komitə üzvləri Cavanşir Feyziyev, Azər Kərimli, Rasim Musabəyov, Asim Mollazadə, Sabir Rüstəmxanlı, Elman Nəsirov, Ramin Məmmədov, Ramil Həsən və Sahib Alıyev müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər.
Sonra gündəlikdəki hər iki məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.


Etiketlər:  Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ