Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 12:52
Bakı. Trend:
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin baş nazirin müavini vəzifəsi təklifini qəbul edib.
Trend-in məlumatına görə, bunu M.Saakaşvili özü hakim “Sluqa naroda” partiyasının deputatları ilə görüşü ərəfəsində deyib.
M.Saakaşvili bildirib ki, V.Zelenski ona Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparmağı tapşırıb, çünki Ukrayna iqtisadiyyatında faciəvi vəziyyət yaranıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Vladimir Zelenski Mixail Saakaşviliyə baş nazirin islahat məsələləri üzrə müavini vəzifəsinə təklif edib.
Mixail Saakaşvili 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru və prezident Pyotr Poroşenkonun müşaviri işləyib.