Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Embraer'' ''Boeing'' ilə müqaviləni pozduqdan sonra istehsalını tənzimləyir

''Embraer'' ''Boeing'' ilə müqaviləni pozduqdan sonra istehsalını tənzimləyir

Tarix: 27 Aprel 2020 05:00

Bakı. Trend:

Braziliyanın təyyarə istehsalçısı "Embraer" ABŞ-ın "Boeing" aerokosmik korporasiyası ilə ortaq müəssisə yaratmaq müqaviləsini pozduqdan sonra şirkət ehtiyatlarına qənaət etmək üçün tədbirlər hazırlayır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, istehsalçı istehsal və kapital xərclərini artıq tənzimləməyə başlayıb.

"Biz likvidlik mövqeyinin və sabit maliyyə vəziyyətinin qorunması üçün əlavə tədbirlər görürük", - şirkətin açıqlamasında deyilir.

Bu tədbirlərə səhmlərin optimallaşdırılması, ödəniş müddətlərinin uzadılması, xərclərin azaldılması və maliyyə mənbələrinin tapılması daxildir. Qeyd olunur ki, şirkət 2019-cu ili yüksək likvidlik dərəcəsi ilə və sonrakı iki il ərzində əhəmiyyətli borcu olmadan başa vurub.

Aprelin 26-da "Boeing" Braziliya tərəfdaşlarını şərtləri yerinə yetirməməkdə günahlandıraraq "Embraer" ilə 2018-ci ilin sonunda ortaq müəssisə qurmağı planlaşdıran razılaşmanın ləğv olunduğunu bildirib. Braziliyalı istehsalçısı əks tərəfinhərəkətlərini qanunsuz adlandıraraq bu iddiaları təkzib edib.


Etiketlər:  Embraer Boeing ilə müqaviləni pozduqdan sonra istehsalını tənzimləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ