Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aryen Robben karyerasını bərpa edə bilər

Aryen Robben karyerasını bərpa edə bilər

Tarix: 27 Aprel 2020 09:54

Ötən mövsümün sonu futbolçu karyerasını bitirən Aryen Robben yaşıl meydanlara qayıtmaq istəyir.

Qol.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə düşündüyünü deyib. Niderlandlı futbolçu yerli mətbuata açıqlamasında kroronavirus pandemiyası aradan qalxandan sonra bu barədə qərar verəcəyini deyib: 

"Karyeramı bitirəndən sonra futbol üçün çox da darıxmırdım. Ancaq zaman keçdikcə "Bəlkə, bir az oynamaq lazımdır" kimi düşüncələr beynimdə dolaşır. Koronavirusa görə insanların həyatı qəribə vəziyyətə düşüb. İndi futbolun qayıtmasını gözləyirik. Hər halda, nə olsa da, mən bir idmançıyam".

Qeyd edək ki, karyerasını "Bavariya"da başa vuran Niderland millisinin sabiq üzvü PSV, "Çelsi", "Real" kimi klublarda oynayıb.

 


Etiketlər:  Aryen Robben karyerasını bərpa edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ