Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 11:39
"Xanoba" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrılıb.
Prezident İlham Əliyev "Azərbaycan - Rusiya Federasiyası dövlət sərhədində "Xanoba" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan - Rusiya Federasiyası dövlət sərhədində "Xanoba" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 kilometr olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılıb.