Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 07:24
"Viber" messencerinin tərtibatçıları messencerin funksionallığının genişləndirilməsini elan ediblər. Tezliklə istifadəçilər yalnız məxfi deyil, həm də adi çatlarda avtomatik silinən mesajlar göndərmək imkanı əldə edəcəklər. Bu, məlumatların təhlükəsizliyindən narahatçılıq keçirmədən vacib məlumatları paylaşmağa imkan verəcək.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, istifadəçi mətn, video, foto və ya istənilən başqa fayl bərkidilmiş mesaj göndərərkən bir neçə saniyəlik, dəqiqəlik, saatlıq və ya günlük taymer quraşdıra biləcək. Qəbul edən tərəf mesajı görən kimi avtomatik silinmə üçün təyin edilmiş vaxt işə düşəcək.
Tərtibatçılar "Viber" messencerində yeni funksiyanın istifadəyə verilmə tarixi haqqında dəqiq məlumat verməyiblər.