Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zoom istifadəçilərin etibarını geri qazanmağa çalışır

Zoom istifadəçilərin etibarını geri qazanmağa çalışır

Tarix: 28 Aprel 2020 21:20

Zoom tətbiqinin proqramçıları aktiv şəkildə təhlükəsizlik sistemində olan problemi aradan qaldırmağa və platformanın funksionallığını yaxşılaşdırmağa çalışırlar.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət nümayəndələri bununla bağlı Zoom 5.0. yenilənmiş versiyasının istifadəyə verildiyini açıqlayıblar.

Bir müddət əvvəl məlum olub ki, Zoom vasitəsilə bir neçə videoçarx internetə "sızdırılıb". Eyni zamanda, bu ayın ortalarında 530 min Zoom istifadəçisinə məxsus məlumatlar müxtəlif haker forumlarında satılıb.

Bu kimi problemləri aradan qaldırmaq üçün proqramçılar Zoom 5.0. yenilənmiş versiyasını istifadəyə veriblər. Yenilənmiş Zoom-da yayım zamanı istifadəçilərin qorunması üçün 256 AES şifrələnmiş bit-dən istifadə olunacaq.

Milli.Az


Etiketlər:  Zoom istifadəçilərin etibarını geri qazanmağa çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ