Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 20:12
Bakı. Trend:
Rusiyada 2019-cu ildə ən çox qaçırılan avtomobillərin reytinqi dərc edilib.
Trend-in məlumatına görə, sığorta mütəxəssislərinin tərtib etdiyi cədvəldə liderliyi 2018-ci ildə olduğu kimi “Cadillac Escapade” avtomobili saxlayıb.
Ən çox qaçırılan avtomobillərin ilk onluğuna “Toyota”nın üç modeli düşüb. “Camry” 2019-cu ildə ən çox qaçırılan ikinci avtombil olub. “Toyota”nın “Land Cruiser 200” və “Land Cruiser Prado” modelləri də avtomobil oğrularının maraq dairəsində olub.
“Land Rover Freelander” isə ilk üçlüyü tamamlayır.