Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nardaranda əl qumbarası və partladıcı tapılıb - FOTO

Nardaranda əl qumbarası və partladıcı tapılıb - FOTO

Tarix: 29 Aprel 2020 22:18

Aprelin 29-u saat 12:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi döngə 2, ev 4 ünvanında partlamamış mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və partladıcının ətrafında 480 kv.m əraziyə yerüstü, 120 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Milli.Az


Etiketlər:  Nardaranda əl qumbarası partladıcı tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ