Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 08:10
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Sonxeber.net-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis Şöbəsinin və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Beyləqan rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 85 mm-lik top mərmisi (BR-365K) aşkar olunub, agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.