Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 16:34
Gəncə şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxs aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul, mobil telefon və qab-qacaq, "VAZ-2105" markalı avtomobildən mobil telefon, 5 həyətdən isə su mühərrikləri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.