Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda əmələ gələn tullantıların miqdarı artıb

Azərbaycanda əmələ gələn tullantıların miqdarı artıb

Tarix: 5 May 2020 13:28

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-cu ildə ölkədə 3 276,5 min ton və ya əvvəlki illə müqayisədə 13,1 faiz çox tullantı əmələ gəlib və onların 61,7 faizini bərk məişət tullantıları, 38,3 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il yaranmış 2 021,6 min ton bərk məişət tullantılarının 72,9 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 26,8 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3 faizi isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 195,9 milyon kVt saat və ya 2018-ci illə müqayisədə 20,8 faiz çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində yaranmış istehsal tullantıları ehtiyatlarının 28,3 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 9,9 faizi ölkə daxilində satılıb, 3,0 faizi ixrac olunub, 14,0 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,8 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2018-ci illə müqayisədə 6,3 faiz az və ya 317,4 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 9,7 faiz olub.

Tullantıların 56,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 66,2 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.


Etiketlər:  Azərbaycanda əmələ gələn tullantıların miqdarı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ