Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhruz Quliyev: Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir

Bəhruz Quliyev: Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir

Tarix: 5 May 2020 19:03

Azərbaycan özünün yüksək reytinqi ilə nəinki regional, eyni zamanda beynəlxalq arenada söz sahibinə çevrilib və yüksək nüfuz reallığı özünü dəfələrlə sübuta yetirib. Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də video-konfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşünün keçirilməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, xüsusilə dünyanı bürüyən koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin təşəbbüskarlığı, eləcə də beynəlxalq aləmə göstərdiyi dəstək, həmrəylik nümunəsi bu amili kifayət qədər isbatlamaqdadır: "Bir müddət əvvəl dövlət başçımızın Türk Dövlətləri Şurasının ölkə başçılarının iştirakı ilə Zirvə görüşünü keçirmək təklifi və təşəbbüsünün yüksək qiymətləndirilməsi, eləcə də görüş əsasında COVID-19-la mübaizə istiqamətində irəli sürdüyü fikirlərinin dəstəkənməsi, həmçinin ölkəmizdə həyata keçirilən təxirəsalınmaz işlərin nümunə olaraq digər ölkələrdə tətbiqi də belə qənaətə gəlməyə zəmin yaradır ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında baş tutan Zirvə toplantısı da bu addımların davamıdır. Əbəs deyil ki, ötən ilin oktyabr ayında - Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü keçirilərkən, 120 dövlət Azərbaycanın Hərəkata üç illik sədrliyini dəstəklədi".

Baş redaktor bu uğur tandemini Azərbaycan dövlətinə və ölkə liderinə göstərilən böyük etimadın göstərilməsi ilə əlaqələndirib: "Cənab Prezident İlham Əliyev Zirvə toplantısında bir sıra mühüm məqamları ehtiva edən fikirlərini çatdırmaqla yanaşı, həmçinin ölkəmizin beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağını, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağını xüsusilə vurğuladı. Deyərdim ki, bu bəyanat həm də dünya xalqlarına olan bir çağırışdır - humanizm, sosial xarakterli və əlbəttə ki, səmimiyyət üzərində qurulmuş həmrəylik çağırışı. Məhz bu baxımdan qürurla deyə bilərik ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü qarşıda atılacaq növbəti uğurlu addımların anonsudur.

Onu da qeyd etmək istərdim ki, dövlət başçımız prioritet məsələnin insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi fikrini vurğulamaqla beynəlxalq aləmi də həmin siyasət fonunda fəaliyyət göstərməsinə səsləyib. Çox sevindiricidir ki, Hərəkata üzv olan ölkələr bu təşəbbüsə də dəstək sərgiləyərək, onu alqışlayıblar".

B.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu təşəbbüsləri və bu fonda həyata keçirilən Zirvə toplantıları Azərbaycan dövlətinin beynəlxalq güc mərkəzinə, söz sahibinə çevrilməsini bir daha sübut edir: "Söz yox ki, bu uğurlar ölkəmizin ali nüfuzunun daha da artmasına, siyasi arealdakı liderlik mövqeyinə böyük stimul verməkdədir".


Etiketlər:  Bəhruz Quliyev Zirvə görüşü Azərbaycana onun liderinə dünyada olan inamın etibarın etimadın göstəricisidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ