Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 13:45
Heç nəyim gizlin deyil, hər şeyi açıb danışıram. Aprelin 25-də səyahətim var idi, bilet də almışdım. Qaldı.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatirə İslam "5/5" verilişində deyib. Sənətçi aparıcı Zaur Kamalın suallarını cavablandırıb.
Övladından danışan Xatirə "Çalışıram oğluma görə qalmaqallardan uzaq olum. İstəmirəm problem yaşayım, o lentə oğlum baxsın" sözlərini söyləyib.
Valideynlərindən bəhs edən ifaçı ailə üzvlərini telefonda "qara siyahı"ya atdığını etiraf edib:
"Ailə üzvlərimdən hamını "qara siyahı"ya atmışam: anamı, bacımı, qardaşımı. Hərdən səbirsizlənirsən, hamı əsəbidir. Mənim də xoşuma gəlməyən nəsə olanda "qara siyahı"ya atıram. Xasiyyətimdə çox şeyləri silmək istəyərdim".
Aparıcının "Kim sənin yerinə olsaydı ona dözməzdi" sualına müğənni belə cavab verib:
"Fəxrəddin... (həyat yoldaşı - red.) İnanın ki, düz dyirəm. Ona heç kim dözməzdi, amma mən dözürəm".