Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 15:10
"Mentalitet qaldı o tərəfdə. Bu gün mentalitetə baxan yoxdur. İndiki qızlarımız, oğlanlarımız bir-birində "elektrik" axtarır. Deyirlər ki, mən "elektrik" almadım. Biz istəyirik ki, qızımız, oğulumuz evlənsin. Onların psixoloji durumuna fikir vermirik".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova AzTV-də yayımlanan "Çıxışa doğru" proqramında deyib.
O, qadına qarşı şiddətə həsr olunmuş verilişdə bunları söyləyib:
"Elə yer var ki, qızın 25 yaşı keçibsə, evdə qalmısan deyirlər. Niyə qalıb ki? Düzdü, problemin hamısını valideyinlərin üstünə yıxmaq lazım deyil. Ana var ki, deyir ki, qızım, səni döyürlər, gəl, səni aparım evə. Amma elə övlad var ki, səni onların ayağına verir. Deməli, o övlad döyülmək, söyülmək və təhqir olunmaq istəyir. O övladın dalınca kim getsin?
Deyirik ki, bütün günahlar kişilərdədir. Axı, biz qadınlar da höcətlik edirik. Qayınana gəlinlə bacarmırsa, neyləməlidir? Yaxud qayınana və qayınata gəlini təhqir edəndə oğlan qarışmır. Halbuki deyə bilər ki, bu gəlin sənə neylədi ki, onu döydün, təhqir elədin? Belələrinin ürəyindən olur. Deyir ki, əşi, qoy etsinlər. Bilsəm ki, evimdə bütün günü döyülürəm, əzab çəkirəm, gedib koronavirusa yoluxaram".