Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple şirkəti Apple Music servisinin veb versiyasını istifadəyə verdi

Apple şirkəti Apple Music servisinin veb versiyasını istifadəyə verdi

Tarix: 9 May 2020 08:48

Apple şirkəti məşhur Apple Music musiqi servisinin veb versiyasını rəsmi şəkildə istifadəyə verdi. Şirkət servisin veb versiyasını keçən ilin sentyabr ayından bəri test edirdi. Bu barədə Vc.ru saytı xəbər verib. Apple Music-in veb versiyasında kataloqdan olan musiqiləri axtarmaq, onları dinləmək və ya servisin orijinal videokontentini izləmək olar.

Bundan əlavə olaraq bir sıra ölkələrdə servisin veb versiyası sayəsində Safari brauzerindən Beats 1 radiosunu da dinləmək mümkündür. Bununla yanaşı yeni istifadəçilər Apple Music-ə abunəliyi həmçinin veb versiya vasitəsilə də reallaşdıra bilərlər. Servisin veb versiyaının testi zamanı onda smart playlistlər özəlliyi yox idi və istifadəçi onda abunəliyi reallaşdıra bilmirdi. İndi isə Apple Music-in veb versiyası mobil versiyadakı kimi bütün qovluqlara sahibdir.


Etiketlər:  Apple şirkəti Apple Music servisinin versiyasını istifadəyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ