Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyam ilk sevgisindən DANIŞDI: ''Dostumun xalası qızı idi'' - VİDEO

Niyam ilk sevgisindən DANIŞDI: ''Dostumun xalası qızı idi'' - VİDEO

Tarix: 12 May 2020 13:20

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı ifaçı Niyam Salami olub.

Sonxeber.net bildirir ki, ilk sevgisindən danışan müğənni həmin xanım üçün mahnı ifa etdiyini də etiraf edib:

"Dostumun xalası qızı idi, sevirdim onu. Fikirləşirdim ki, verməsələr, qaçıracağam. Böyük bacım mənə dedi ki, səni anlayıram, amma, Niyam, yaxşı-yaxşı fikirləş. Mən başa düşdüm ki, bacım bu sözü mənə niyə dedi. Çünki ailəmizdə, kəndimizdə qayda-qanun var. Böyük evlənmədən, kiçik evlənə bilməz. Ailədə 8 uşaq idik, mən də 7-ci uşaq idim. O zaman orta məktəbdə oxuyurdum. Düşündüm ki, mən məktəbi bitirənə, əsgərlik, filan. Başa düşdüm ki, alınası iş deyil. Amma o qıza gözəl hədiyyəm oldu. Onun üçün mahnı da ifa etmişəm".


Etiketlər:  Niyam sevgisindən DANIŞDI Dostumun xalası qızı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ