Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 11:27
Bakı. Trend:
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çayarxı kənd sakini 30 yaşlı Rafiq Yusifov saxlanılıb.
Onun su kanalına yaxın ərazidə əkdiyi 8 ədəd çətənə bitkisi və həmin narkotik tərkibli bitkilərin arasında gizlətdiyi 1 ədəd sellofan torbada ümumi çəkisi 440 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin