Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 12:21
Bakı. Trend:
“102-Zəng Mərkəzi” Xidmətinə iyunun 6-da saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlmiş şəxsin ona bıçaqla çoxsaylı xəsarətlər yetirib hadisə yerini tərk etməsi və ev sahibinin hadisə yerində ölməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilib.
C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin