Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 13:21
Bakı. Samir Əli - Trend:
Bakı Apellyasiya Məhkəməsində vəzifə saxtakarlığı və digər maddələrdə təqsirləndirilən, "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib, hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 2 ilsınaq müddətinə cəza təyin olunub.
A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin